Navas “Napoli”nin hədəfində

Navas “Napoli”nin hədəfində

Keylor Navas karyerasını İtaliyada davam etdirməyə yaxındır. Qapıçının qarşıdakı həftədə PSJ-dən ayrılacağı gözlənilir.

Fransa klubu əsas qapıçı kimi Canluici Donnarummaya üstünlük verir. Bu üzdən kosta-rikalı “Napoli”dən aldığı təklifi nəzərdən keçirir.

35 yaşlı əlcək sahibinin anlaşması 2024-cü ilin yayında başa çatacaq. O, ötən mövsüm Liqa1-də keçirdiyi 21 matçda 18 qol buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.07.2022

Növbəti yazı

Simmons “Bruklin”dən gedir