Navas “Monza”ya keçməyəcək
Keylor Navasın taleyi qeyri-müəyyən olaraq qalır. O, “Monza”ya keçməyəcək.
Tərəflər ilkin razılığa gəlib və 37 yaşlı kosta-rikalı üçün tibbi müayinə təyin edilib. Lakin danışıqların son mərhələsində sövdələşmə baş tutmayıb.
Qeyd edək ki, Navas bu yay PSJ-dən ayrılıb.