Naqelsmann PSJ ilə razılaşmadı
Yulian Naqelsmann PSJ-ni çalışdırmayacaq. “Bavariya”nın sabiq baş məşqçisi Fransa klubu ilə danışıqları yekunlaşdırıb.
Tərəflər razılığa gələ bilməyib. Parislilərin tələbləri almaniyalını qane etməyib.
Məşqçi axtarışında olan Fransa çempionu digər namizədlərlə danışıqlar aparır. Klub rəhbərliyi iddialı mütəxəssislə anlaşmaq istəyir.