“Napoli”nin Xviça planı
Xviça Kvaratsxeliya “Napoli” ilə yeni müqavilə imzalayacaq. Bu barədə danışıqlarının təfərrüatları məlum olub.
Neapol klubu gürcü futbolçuya 2029-cu ilə qədər mövsümə 6 milyon avro maaşla yeni müqavilə təklif edir. İndi tərəflər bonuslar və təzminatın məbləği ilə bağlı danışıqlar aparır. “Napoli” Xviça üçün nəzərdə tutulan müddəanın 100 milyon avronu keçməsini istəyir.
Qeyd olunur ki, bu yay “Napoli” PSJ-nin Kvaratsxeliyanı transfer etmək təklifini artıq rədd edib.