“Napoli”nin transfer hədəfi

“Napoli”nin transfer hədəfi

“Napoli” heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır. Komanda “Sevilya”nın müdafiəçisi Xuanlu Sançezin transferini həll etməyə çox yaxındır.

Neapol təmsilçisi, 22 yaşlı sağ cinah müdafiəçisi və ona məxsus olan klub ilə danışıqların son mərhələsindədir.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Xuanlu “Sevilya”nın yetirməsidir. O, bu komandanın heyətində iştirak etdiyi 74 rəsmi oyunda 6 qol vurub və 8 asist edib.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlandı

Növbəti yazı

Günün kuponu – 16.08.2025