“Napoli”nin Mastantuono planı
“Napoli” “Real”ın futbolçusu Franko Mastantuono ilə bağlı qərarını verib. Klub onu transfer etmək istəyir.
Neapol təmsilçisi 18 yaşlı vinger üçün “kral klubu”na 50 milyon avro təklif etməyə hazırdır. Lakin hazırda “Real”ın rəhbərliyi istedadlı oyunçusunu satmağa razı deyil. Madrid klubunda argentinalı futbolçunun inkişafına inanırlar.
Mastantuononun La Liqa nəhəngi mövcud müqaviləsi 30 iyun 2031-ci ilədək qüvvədədir.










