“Napoli”nin də xalı silinə bilər
A seriyasında daha bir komanda təhlükə ilə üzləşib. “Yuventus”dan sonra “Napoli”nin də xalları silinə bilər.
Neapol klubunun ötən ilin yayında Fransa “Lill”indən 70 milyon avroya transfer etdiyi Viktor Osimhenin keçidinin araşdırılmasına başlanılıb. 29 yaşlı nigeriyalı hücumçunun alınmasında maliyyə fırıldağından şübhələnən İtaliyanın prokurorluq orqanları artıq bu məsələni nəzarətə götürüb. İddialar sübut olunarsa, A seriyasında turnir cədvəlinə başçılıq edən “Napoli” cəzalandırılacaq.