“Napoli”nin əsas namizədi
“Napoli”nin baş məşqçisi postuna əsas namizəd bəlli olub. İtaliya çempionunu Kristof Qaltye çalışdıra bilər.
56 yaşlı fransalı mütəxəssisin PSJ-dən ayrılacağı gözlənilir. Onunla yanaşı, Rudi Qarsiya və Paulo Souza da neapolluların hədəfindədir.
Qaltyenin parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. “Napoli”nin baş məşqçisi Luçano Spalletti komandasını çempion etdikdən sonra postunu tərk edib.