“Napoli”dən yeni transfer

“Napoli”dən yeni transfer

“Napoli” heyətinə yeni futbolçu qatıb. İtaliya klubu Filipp Billinqi icarəyə götürüb.

“Bornmut”un 28 yaşlı danimarkalı yarımmüdafiəçisi bu gün tibbi müayinədən keçib və ardınca müqavilə imzalayıb. O, sonradan 9-10 milyon avroya transfer edilmək hüququ ilə icarəyə götürülüb. İcarə müddətində Billinqin maaşını Neapol təmsilçisi ödəyəcək.

Qeyd edək ki, futbolçu 2019-cu ilin yayından “Bornmut”da forma geyinir.

ETOPAZ

Əvvəlki yazı

“Şəki”dən səfər qalibiyyəti

Növbəti yazı

“Benfika” 9 ildən sonra