“Napoli”dən Rudi Qarsiya qərarı
“Napoli” baş məşqçisi Rudi Qarsiya ilə bağlı qərarını verib. Mütəxəssis istefaya göndəriləcək.
İtaliya klubu qərarını bu gün açıqlayacaq. Fransalı mütəxəssis “Empoli”yə 0:1 hesablı məğlubiyyətdən sonra rəhbərliyin səbir kasasını daşırıb.
12 turdan sonra neapollular 21 xalla 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Qarsiya bu ilin yayında Luçano Spallettini əvəzləyib.