“Napoli”dən rekord

“Napoli”dən rekord

“Napoli” 38 ildən sonra rekordunu təkrarlayıb. Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.

Komanda son olaraq XIV turda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Qeyd edək ki, “Napoli” hazırda 31 xalla İtaliya A Seriyasında liderdir.

ETOPAZ

Əvvəlki yazı

Delap üçün 6-8 həftə

Növbəti yazı

“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi