“Napoli”dən rekord
“Napoli” İtaliya A seriyasında növbəti qələbəsini qazanıb. Luçano Spallettinin yetirmələri “İnter”i qəbul edib.
Neapollular 3:1 hesablı qələbə qazanıb. Bununla da İtaliya çempionu cari mövsümdə A seriyasının bütün komandalarına qalib gəlib.
“Napoli” 19 rəqibi üzərində qələbə sevinci yaşayıb. Bu klub tarixində ilk belə hadisədir.
“Napoli” sona 5 tur qalmış çempion adını qazanıb.