“Napoli”dən Kvaratsxeliya qərarı
Xviça Kvaratsxeliyanın taleyinə aydınlıq gəlib. O, “Napoli”də oynamağa davam edəcək.
Gürcüstanlı Neapolitan klubu ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalamağa yaxındır. Sözləşmədə əməkdaşlığı daha bir 1 il uzatmaq variantı da yer alacaq.
Yeni anlaşmaya əsasən, Xviçinin maaşı mövsümə 4 milyon avro olacaq.