“Napoli”dən “İnter”ə
“Napoli”də ayrılıq baş verib. Piotr Zielinski komandasını dəyişib.
O, karyerasını “İnter”də davam etdirəcək. Bunu klubun mətbuat xidməti açıqlayıb. Polşalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Zielinski “Napoli”də 364 matçda iştirak edib, 51 qol vurub və 46 qolun ötürməsini verib.