“Napoli”dən ilk
“Napoli” A seriyasının 29-cu turunda “Leççe” ilə görüşüb. Neapollular ardıcıl 7-ci səfər qələbəsini qazanıb – 2:1.
Bu, klub tarixində yeni rekorddur. “Napoli” indiyədək heç vaxt bir mövsüm ərzində ardıcıl 7 səfər qələbəsi qazanmamışdı.
İlkə imza atan komanda A seriyasında liderliyini möhkəmlədib. Neapollular “Latsio”nu 19, “Milan”ı 22, “İnter”i 23 xal qabaqlayır.