“Napoli”dən “Əl-Əhli”yə
Səudiyyə Ərəbistanı klubları daha bir avropalı futbolçunu heyətinə qatacaq. “Napoli”nin futbolçusu Petr Zelinski də karyerasını Asiyada davam etdirəcək.
“Əl-Əhli” yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Polşalı üçün 32 milyon avro ödəniləcək.
Futbolçu 2026-cl ilədək nəzərdə tutulan müqavilə imzalayacaq. O, 15 milyon avro qazanacaq. Zelinski ötən mövsümün 48 matçında 7 qol vurub.