“Napoli”də ciddi itki
“Napoli”də ciddi itki baş verib. Komandanın müdafiəçisi Covanni Di Lorenso ayağının üzərinə uğursuz enməsindən sonra zədələnib.
Hadisə A Seriyasının 23-cü turu çərçivəsində “Fiorentina” ilə oyunun birinci hissəsinin ortalarında baş verib (2:1, ikinci hissə).
Qeyd edək ki, italiyalı futbolçu oyunu davam etdirə bilməyib və meydanı özü tərk edə bilməyib.












