”Napoli”də ciddi itki
“Napoli”də ciddi itki yaşanıb. Komandanın yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 8-ci turunun “İnter”lə (3:1) matçında sıradan çıxıb.
Belçikalı penalti zərbəsini yerinə yetirərkən zədələnib. Onun bud nahiyyəsində problem yaranıb.
Bir neçə dəqiqə sonra De Bruynenin yerinə Matias Olivera meydana daxil olub.












