“Napoli”də ayrılıq
“Napoli” futbolçusu Maykl Folorunşonu icarəyə verəcək. Mərkəz yarımmüdafiəçisi “Fiorentina”ya keçməyə yaxındır.
26 yaşlı futbolçunun icarə şərtləri razılaşdırılıb. O, mövsümün sonuna qədər icarəyə veriləcək.
Florensiya təmsilçisi onu sonradan 8 milyon avroya transfer etmək hüququna da yiyələnəcək. Folorunşo bu həftə tibbi müayinədən keçməlidir.
Qeyd edək ki, Folorunşo A seriyasının cari mövsümündə 6 oyun keçirib.