“Napoli” daha bir təklifi geri çevirdi
PSJ Viktor Osimhenin transferi üçün “Napoli”yə rəsmi təklif göndərib. Fransa klubu nigeriyalı hücumçu üçün 110 milyon avro ödəməyə razı olub.
Lakin neapollular futbolçunu bu qiymətə satmaqdan imtina edib. Parislilər forvarda illik 12 milyon avro maaş vəd etsə də, öncə klubu razılığa gəlməlidir. Onun transferini baş məşqçi Luis Enrike istəyib.