“Napoli” “Brayton”un müdafiəçisini istəyir
“Napoli” müdafiə xəttini gücləndirmək niyyətindədir. Klub “Brayton”un müdafiəçisi Leo Ostiqar heyətinə qatmağı planlaşdırır.
Neapollular artıq onun transferinə razılaşıb. Norveç millisinin 22 yaşlı futbolçusu İtaliya təmsilçisinə 5 milyon avroya başa gələcək. Bundan əlavə, “Brayton” oyunçunun növbəti satışından faiz alacaq. Yaxın günlərdə Ostiqar tibbi müayinədən keçmək üçün İtaliyaya uçacaq.