“Napoli” 15 milyona görə geri çəkildi
Keylor Navasın “Napoli”yə keçməməsinin səbəbi bəlli olub. Bunu Neapol təmsilçisinin direktoru Kriştiano Qunntoli açıqlayıb.
İtaliya klubunu qapıçının maaşı qane etməyib. PSJ-nin qapıçısı ildə 15 milyon avro qazanır. Bu üzdən də italiyalılar onu heyətinə qatmaq istəyindən imtina edib.
Qeyd edək ki, Navas cari mövsümdə meydana çıxmayıb.