Namik komandasına qələbə qazandırdı
Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib. “Bursaspor” “Dənizlispor”u məğlub edib.
1:0 hesabı ilə bitən matçda yeganə qolu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov vurub. O, bununla da, komandasında vurduğu qolların sayını 6-ya çatdırıb.
Həmyerlimiz 55-ci dəqiqədə dublunu rəsmiləşdirməyə də yaxın olub. Lakin o, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Namik oyunun 64-cü dəqiqəsində əvəzlənib. Bu, onun komandasının heyətində 29-cu matçı olub.