Nagelsmannla müqavilə uzadıldı
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın müqaviləsi uzadılıb. Mütəxəssis AVRO-2024-dən sonra da postunda qalacaq.
Bu barədə qərarı Almaniya Futbol İttifaqının Müşahidə Şurası verib. 36 yaşlı çalışdırıcının anlaşması DÇ-2026-nın sonuna kimi nəzərdə tutulub.