Nagelsmann üçün 2 variant
“Bavariya”nın sabiq baş məşqçisi Yulian Nagelsmann yenidən işbaşına dönə bilər. Onun hazırda 2 variantı mövcuddur.
Mütəxəssis Almaniya millisinə və ya Dortmund “Borussiya”sına rəhbərlik edə bilər. Bildirilir ki, Nagelsman artıq “Çelsi”, “Tottenhem” və PSJ-nin təkliflərini rədd edib. Eyni zamanda məşqçilər korpusuna yeni köməkçilər cəlb etməyə başlayıb.