Nadaldan mütləq rekord
Dünyanın altıncı raketkası Rafael Nadal yeni rekorda imza atıb. O, ardıcıl 17-ci mövsümü reytinqin “Top-10”da başa vurub.
İlk dəfə 2005-ci ildə ən güclülər sırasına daxil olan ispaniyalı həmin vaxtdan bütün mövsümləri “onluq”da bitirir. Bununla da Nadal Cimmi Konnorsun rekordunu arxada qoyub. Amerikalı tennisçi ardıcıl 16 ili “Top-10”da başa vurub.