Nadaldan 300-cü qələbə

Nadaldan 300-cü qələbə

Rafael Nadal “Rolan Qarros”un ikinci raundunda Korentin Mute ilə qarşılaşıb. Görüşdə ispaniyalı qalib gəlib – 6:3, 6:1, 6:4.

Bu, 21 qat çempion üçün “Böyük Dəbilqə” yarışlarında 300-cü qələbədir. O, bu göstəricidə yalnız Novak Cokoviç (325) və Rocer Federerdən (369) geri qalır.

Qalibiyyət faizinə (87,9%) görə isə Nadalı yalnız Byorn Borq (89,2%) qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

Kavani “Fiorentina”nın hədəfində

Növbəti yazı

“Arsenal” Qnabrini istəyir