Nadal zədələndi, amma qələbə qazandı
22 qat “Böyük Dəbilqə” çempionu Rafael Nadal ABŞ Açıq çempionatının ikinci turunda Fabio Fonini ilə qarşılaşıb. O, görüşdə zədələnib.
Dördüncü setdə Nadalın raketkası meydançaya dəyib, üzünə sıçrayıb. İspaniyalının burnu qanayıb və tibbi fasilə verib.
Lakin təcrübəli tennisçi qalib gəlməyi bacarıb – 2:6, 6:4, 6:2, 6:1.