Nadal yenidən yarımfinalın bir addımlığında
“Böyük dəbilqə”lərin 20 qat çempionu Rafael Nadal “Australian Open”də 1/4 finala yüksəlib. O, 4-cü mərhələdə Adrian Mannarinonu məğlub edib – 7:6, 6:2, 6:2.
1-ci setin tay-breki 28 dəqiqə 40 saniyə davam edib və ispaniyalı 16:14 hesabı ilə qələbə qazanıb. Nadal 45-ci dəfə “Böyük dəbilqə”lərdə 1/4 finala yüksəlib. Bunlardan 14-ü “Australian Open”ə təsadüf edib. O, ilk dəfə 2005-ci ildə Melburdakı turnirdə yarımfinalın bir addımlığında olub.