Nadal gerilədi, Cokoviç mövqeyini qorudu

Nadal gerilədi, Cokoviç mövqeyini qorudu

Kişi tennisçilərin dünya reytinqi açıqlanıb. İlk “onluq”da iki yerdəyişmə baş verib. Stefanos Tsitsipas Rafael Nadalı 4-cü sıradan sıxışdırıb. Kasper Ruud isə Matteo Berrettini ilə mövqeyini dəyişib. Zirvədə isə Novak Cokoviç qərarlaşıb.

1 (1). Novak Cokoviç (Serbiya) – 8660

2 (2). Daniil Medvedev (Rusiya)    – 7980

3 (3). Aleksandr Zverev (Almaniya)    – 7200

4 (5). Stefanos Tsitsipas (Yunanıstan) – 6170

5 (4). Rafael Nadal (İspaniya)  – 5525

6 (6). Karlos Alkaras (İspaniya) – 4770

7 (7). Andrey Rublev (Rusiya)   – 3945

8 (10).    Kasper Ruud (Norveç)     – 3940

9 (9). Feliks Oje-Alyassim (Kanada) – 3850

10 (8).    Matteo Berrettini (İtaliya)    – 3805

ETOPAZ

Əvvəlki yazı

İspaniya Superkubokunda yarımfinal cütləri

Növbəti yazı

Fabio “Real”ın hədəfində