Nadal dünya üçüncülüyünə şərik çıxdı
Rafael Nadal “Australian Open”ə qələbə ilə başlayıb. İspaniyalı tennisçi birinci mərhələdə Cek Dreyperi məğlub edib – 7:5, 2:6, 6:4, 6:1.
Nadal karyerası ərzindəki qələbə sayında İvan Lendlə çatıb. Hərəyə 1068 qələbəsi olan tennisçilər “Açıq era”da üçüncülüyə şərikdir.
Yalnız Cimmi Konnors (1275) və Rocer Federer (1251) daha çox uğura malikdir. Novak Cokoviç 1030 qələbə ilə 5-ci sırada qərarlaşıb.