Mustafa Eskihellaç “Trabzonspor”da

Mustafa Eskihellaç “Trabzonspor”da

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib. Klub “Qaziantep”dən Mustafa Eskihellaçı transfer edib.

Bu barədə Qara Dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Trabzonspor” sol cinah müdafiəçisi üçün 15 milyon türk lirəsi ödəyib. 27 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mustafa Eskihellaç bu mövsüm “Qaziantep”in heyətində 18 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Rahilin komandasından heç-heçə

Növbəti yazı

“Milan”ın futbolçusundan unikal uğur