Musleradan rekord
“Qalatasaray”ın futbolçusu Fernando Muslera klubun heyətində ən çox oyun keçirən iki futbolçudan biri olub. 38 yaşlı qolkiper ölkə çempionatında 428-ci oyununa çıxmaqla İstanbul təmsilçisinin sabiq kapitanı Bülent Korkmazın rekordunu yeniləyib.
O, buna Superliqanın XX turunda “Hatayspor”la üz-üzə gəldikləri matçda nail olub.
Beləliklə hər iki futbolçu “Qalatasaray”ın heyətində Superliqada ən çox matça çıxan oyunçular olublar.
Qeyd edək ki, Musleranın “sarı-qırmızılar”la müqaviləsi mövsümün sonu başa çatır.