Muslera üçün xüsusi mükafat
“Qalatasaray”ın üzvü Fernando Muslera klubun tarixinə adını yazdırıb. Qolkiper bu gün Super Liqanın XXI turu çərçivəsində “Konyaspor”la oynanılan matçda (1:0) iştirak eməklə klubun liqada ən çox forma geyinən futbolçusu olub.
Uruqvaylı oyunçu bu rekorda 429 görüşdə iştirak etməklə sahib çıxıb. 38 yaşlı qapıçı bu nailiyyətlə “Qalatasaray” formasıyla 428 matça çıxan Bülent Korkmazı geridə qoyub.
Qeyd edək ki, Muslera “Cimbom”a 2011-ci ildə “Latsio”dan 6,75 milyon avro qarşılığında transfer olunmuşdu.