Musiala tarixə düşdü

Musiala tarixə düşdü

Camal Musiala Almaniya millisinin tarixinə düşüb. Yarımmüdafiəçi son 64 ildə dünya çempionatında iştirak edən ən gənc almaniyalı adına yiyələnib.


“Bavariya”nın futbolçusu DÇ-2022-nin qrup mərhələsinin I turunun Yaponiya ilə qarşılaşmasına çıxıb. O, ilk dəqiqələrdən meydana çıxmaqla bu rekorda imza atıb.
Musiala 19 yaş 270 günlüyündə undialda debüt edib. Bu, ona DÇ-1958-də iştirak edən Karl-Haynts Şnellingerdən sonra Bundestimin mundialdakı ən gənc oyunçusu olmaq imkanı verib.


Qeyd edək ki, hazırda davam edən Almaniya – Yaponiya matçında hesabı açılmayıb.

ETOPAZ

Əvvəlki yazı

Xorvatiya xal itirdi

Növbəti yazı

Nadaldan iki rekord