Musa Qurbanlı: “Bizim üçün çox vacib matçdır”
Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunda növbəti matçına çıxacaq. Yığmamız sabah Qəbələdə Estoniyanı qəbul edəcək.
Matçdan öncə millimizin üzvü Musa Qurbanlı mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam”.