Mürrey üçüncü oldu

Mürrey üçüncü oldu

Dedjonte Mürrey “San-Antonio”nun tarixinə düşüb. O, “Spers”in mövsüm ərzində 5 və daha çox tripl-dabl edən üçüncü basketbolçusu olub.

Mürrey “Yuta” ilə matçda 128:126 hesablı qələbəyə töhfə verib. O, 16 xal, 11 ribaund və 11 ötürmə ilə fərqlənib.

“San-Antonio”nun heyətində bir mövsümdə ən azı 5 tripl-dabla imza atan sonuncu oyunçu Devid Robinson olub. O, 1993/94 mövsümündə belə uğuru rəsmiləşdirib.

ETOPAZ

Əvvəlki yazı

İlin oyunu

Növbəti yazı

Messiyə istirahət verildi