Murad Xaçayev “Neftçi”də

Murad Xaçayev “Neftçi”də

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Murad Xaçayev paytaxt klubu ilə müqavilə imzalayıb.

27 yaşlı müdafiəçi ilə 2 illik razılıq əldə edilib. Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad Azərbaycan yığmasında 1 oyun keçirib.

Qeyd edək ki, Xaçayev Azərbaycan Premyer Liqasının 2024/2025 möövsümündə 35 oyunda 1 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da növbəti ayrılıq

Növbəti yazı

“Sumqayıt”ın kapitanı “Neftçi”də