Muqurusa yarımfinalda

Muqurusa yarımfinalda

Qadın tennisçilər arasında ilin yekun turnirində üçüncü yarımfinalçı müəyyənləşib. Dünyanın beşinci raketkası Qarbinye Muqurusa qrup mərhələsinin son oyunundakı qələbə ilə buna nail olub. O, estoniyalı Anett Kontaveyti məğlub edib – 6:4, 6:4.

Bununla da estoniyalının 12 oyunluq qələbə seriyası qırılıb. Qarbinye 2015-ci ildən sonra ilk dəfə bu turnirdə qrup mərhələsini adlayıb. Yalnız “WTA Finals”dakı debütdə bunu bacaran ispaniyalı növbəti iki ildə yarımfinala çıxa bilməyib.

Qeyd edək ki, Muqurusa yarımfinalda həmyerlisi Paula Badosa ilə görüşəcək. Kontaveytin rəqibi isə bu gün müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Klivlend”də yeni rekordçu

Növbəti yazı

Neymar satılır