”Qarabağ” – “Araz-Naxçıvan” matçının başlama saatı bəlli oldu
Muqurusa və Badosa İspaniya yığmasına kömək etməyəcək
İspaniya yığması Billi Cin Kinq kubokunda iki aparıcı tennisçisi olmadan çıxış edəcək. Qarbinye Muqurusa və Paula Badosa final turnirində mübarizə aparmayacaq. Onların noyabrın 1-6-da Praqada baş tutacaq yarışa qatılmaması səbəbsiz deyil.
Hər iki tennisçi təqvim səbəbindən belə addım atıb. Muqurusa və Badosa WTA-nın yekun turnirinə vəsiqə qazanıb. Qvadalaxaradakı bu yarış noyabrın 10-da başlayacaq. Onları Rebeka Maşarova ilə Alyona Bolşova əvəzləyəcək.