Muniayn “Yuventus”un hədəfində
“Atletik”in futbolçusu İker Muniayn İtaliyadan təklif alıb. Yarımmüdafiəçi artıq yay transfer pəncərəsində A seriyası klubuna keçə bilər.
29 yaşlı ispaniyalını “Yuventus” heyətində görmək istəyir. Yaxın günlərdə iki klub rəhbərləri arasında keçidlə bağlı danışıqlar baş tutacaq. Onun Bilbao təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Muniayn cari mövsüm La Liqada keçirdiyi 30 matçda 4 qola imza atıb.