Mundialın topu təqdim olundu
DÇ-2022-nin topu təqdim edilib. Qətərdəki çempionatın topunu “Adidas” hazırlayıb.
Mundialda oynanılacaq bu topun adı “Al Rihla”dır. Ərəb dilindən tərcümədə onun adı “Səyahət” anlamına gəlir. O, Qətərin mədəniyyəti, arxitekturası və bayrağından ilham alır. Topun üzərindəki parlaq rənglər turnirin meydan sahibini və futboldakı sürətin artmasını təcəssüm edir.
Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.