Müllerdən rekord

Müllerdən rekord

“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller yeni rekorda imza atıb. O, Bundesliqada ən çox çempionluq yaşayan oyunçu adını qazanıb.

Almaniya çempionatının 31-ci turunda Dortmund “Borussiya”sını məğlub edən (3:1) “Bavariya” ardıcıl 10-cu dəfə turnirin qalibi olub. Müller üçün bu 11-ci tituldur və ölkə rekordudur. O, ötən yay “Real”a transfer olan sabiq komanda yoldaşı David Alabanı qabaqlayıb.

Müller 2009-10, 2012-13, 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2020-21 və 2021-22 mövsümlərində Bundesliqanın qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

PSJ Fransa çempionu oldu

Növbəti yazı

“Betis” kubokun qalibi oldu