Müller “Bavariya”ya şərt qoydu
Tomas Müllerin “Bavariya”dakı durumu sual altındadır. O, klub rəhbərliyi ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır.
34 yaşlı futbolçu maaşının eyni səviyyədə qalacağı təqdirdə yeni sözləşmə imzalamağa hazır olduğunu bildirib. Almaniyalı maaşın azaldılması ilə qəti şəkildə razılaşmır.
Müller karyerası boyu “Bavariya”da çıxış edib. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.