Müller “Bavariya”nı tərk edir
“Bavariya” Tomas Müllerlə müqaviləni yeniləməyəcək. 35 yaşlı yarımmüdafiəçi ilə aparılan iki mərhələli danışıqlardan sonra klubun ona yeni müqavilə təklif etməyəcəyi aydın olub.
Müller 2009-cu ildən “Bavariya”nın əsas komandasında çıxış edir. Bu mövsüm Bundesliqada 22 oyuna çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib. Təcrübəçi futbolçunun hazırkı müqaviləsi 30 iyun tarixinədək qüvvədədir.