Müller “Bavariya”dan getməyə hazırlaşır
“Bavariya” aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə üzləşib. Tomas Müller yayda Münhen təmsilçisinin ayrıla bilər.
Hücumçu komandanın yeni baş məşqçisi Tomas Tuxelin ona yanaşmasından narazıdır. Təcrübəli mütəxəssis postunda qalsa, Müller “Bavariya”dan gedəcək.
Tuxel ona start heyətdə yer vermir. Bu da futbolçunun ciddi narazılığına səbəb olub.