Mudrikin dopinq testi müsbət çıxdı
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna ciddi itki ilə üzləşə bilər. Komandanın “Çelsi”də çıxış edən futbolçusu Mixail Mudrik diskvalifikasiya təhlükəsi ilə üzləşib.
23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib. A testində qadağan olunmuş preparat aşkarlanan futbolçunun B probunun yoxlanacağı gözlənilir.
Qeyd edək ki, Mudrik Konfrans Liqasının noyabrın 28-də keçirilən “Haydenhaym”la matçından (2:0) sonra dörd oyunu buraxıb.