Mudrik 7-ci oldu
Premyer Liqanın 7-ci turunda “Çelsi” “Fulhem”lə qarşılaşıb. Görüş “zadəganlar”ın qələbəsi ilə nəticələnib – 2:0.
Matç komandanın cinah yarımmüdafiəçisi Mixail Mudrik üçün əlamətdar keçib. Gənc oyunçu qollardan birinin müəllifi olub. O, bununla da, Premyer Liqada qol hesabını açıb. Futbolçu bunu bacaran 7-ci ukraynalı olub.