Moyes “Vest Hem”i tərk edə bilər
“Vest Hem”də ayrılıq baş verə bilər. Komandanın baş məşqçisi Devid Moyes klubun həmsədri Devid Sallivanla \gərgin münasibətləri fonunda istefa verməyə yaxındır.
59 yaşlı Moyes ilk dəfə 2017-ci ilin noyabrında “çəkiclər”ə rəhbərlik edib. O, ikinci dəfə 29 dekabr 2019-cu ildə komandaya qayıdıb.