Mövsümün yeni rekordu

Mövsümün yeni rekordu

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Bu, IX turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord IX turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”da “50”yə çatdı

Növbəti yazı

“Barselona”da itki